Yasamalda növbəti ekoloji terror və qanunsuz tikinti rəzaləti! Dadaş Bünyadzadə küçəsində yaşayış binalarının tam ortasındakı çoxillik ağaclar bir gecədə vəhşicəsinə baltalanıb. Heç bir məlumat lövhəsi və rəsmi icazəsi olmayan bu sirli tikintiyə qarşı sakinlər ayağa qalxıb. Vətəndaşlar Yasamal İcra Hakimiyyətini və başçı Elşad Həsənovu qanunsuzluğa göz yummaqda ittiham edir. Qurum isə dərin səssizliyə qərq olub. Ağacları kəsən, ərazini zəbt edən gizli sahibkar kimdir? Təfərrüatlı video-süjetimizdə.