ANAR RZAYEVƏ AÇIQ SUAL: "Hər yağışda silinən yol xətlərinə 36 milyon manat niyə xərclənir?"
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) dodaq uçuqladan satınalma! Respublika yollarının sadəcə rənglənməsi və xətlənməsi üçün büdcədən tam 36 milyon 795 min manat vəsait ayrılıb. Sürücülərin hər gün keyfiyyətsizliyindən və qısa müddətdə silinməsindən şikayət etdiyi yol cizgilərinə bu qədər astronomik məbləğin xərclənməsi cəmiyyətdə ciddi suallar doğurub. Görəsən, AYNA sədri Anar Rzayev bu milyonluq tenderin keyfiyyətinə zəmanət verirmi?