Вернуться назад Распечатать

İçərişəhərdən Şuşaya uzanan eyni xəta: Tarixi simamızı eybəcərləşdirənlərə qarşı İCTİMAİ QINAQ KAMPANİYASI-VİDEO

Tarixi binaların, abidələrin, daşların və digər mədəniyyət nümunələrinin üzərinə yazıların yazılması, qraffiti çəkilməsi və onların görünüşünə müdaxilə edilməsi yolverilməzdir. Xüsusilə Şuşa kimi tarixi-mədəni əhəmiyyət daşıyan şəhərlərdə bu məsələyə daha həssas yanaşılmalıdır.

Azərbaycanın azad olmuş ərazilərində şəhidlərimizin qanı var və heç kimə icazə verilməməlidir ki, onların xatirəsinə bu cür hörmətsizlik eləsin! Şəhidlərin adlarının daşların və tarixi məkanların üzərinə özbaşına yazılması da ehtiram forması sayıla bilməz. Şəhidlərimizin xatirəsi onların adına yaradılmış abidələrdə, memoriallarda, parklarda və xiyabanlarda layiqincə əbədiləşdirilir.

Oxşar hallar daha əvvəl Nizami Kino Mərkəzində və İçərişəhərdə, digər məkanlarda da baş vermişdir və ictimai qınaqla qarşılanmışdır. Belə əməllərin təkrarlanmaması üçün məsuliyyət və cavabdehlik mexanizmləri olmalıdır.

Şuşamızın, Bakımızın - Azərbaycanımızın tarixi simasını və mədəni irsini qorumaq hər birimizin ümumi məsuliyyətidir!