Vitrində regionun lideri və milli sənayenin rəmzi kimi təqdim olunan Bakı Gəmiqayırma Zavodunun pərdəarxası rəzalətləri ifşa olunur! Atatv.az -ın xüsusi araşdırmasında fəhlələrin payına düşən 600 manatlıq köləlik sistemi, 11 ildir hərracdan alınan əyləcsiz ölüm avtobusları və sexlərdə gizlincə gəzən cərimə casuslarının şok detalları ortaya çıxır! Gəmi tikintisi üç qat artdığı halda veteranların Zəfər günü puluna göz dikən, işçiləri təbaşirə, metrəyə möhtac edən və qapıları fəhlələrin üzünə bağlayan yeni sədr Ruslan Talıbovun idarəetmə iflicinə aidiyyəti qurumlar nə vaxt dur deyəcək? Ağır şəraitdə çalışan yerli işçilərin qabarlı əlləri ilə qurulan bu nəhəng holdinqdəki özbaşınalıq və əmək istismarı haqqında gizli qalan bütün kədərli həqiqətlər indicə yayımlanan süjetimizdə!