Вернуться назад Распечатать

58 ölkənin rəsmisi 3 min tələbəsi olan Qarabağ Universitetində-VİDEO

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

Onlar ali təhsil müəssisəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ikigünlük səfərləri çərçivəsində ziyarət ediblər.

Rektor Şahin Bayramov diplomatlara Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, hazırda bu ali təhsil müəssisəsində 3 minə yaxın tələbə təhsil alır.