Вернуться назад Распечатать

Məktəblər açıldı, pul marafonu başladı: Valideyn komitələri kimin sifarişini icra edir?-VİDEO

Nazirlik 'qadağandır' deyir, məktəblərdə isə virtual bazarlar qurulur..."

Yeni tədris ili başlayan kimi valideyn komitələri yenidən hərəkətə keçib. Təmir pulu, A4 vərəqi xərci və qarşıdan gələn Müəllimlər günü üçün "hörmət" siyahıları... Dövlət hər il məktəblərin təminatına milyonlar ayırdığı halda, bu xərclər niyə valideynlərin çiyninə yıxılır? Ən dəhşətlisi isə odur ki, imkanı olmayan, kasıb ailələrin övladları bu qanunsuz yığımlara görə sinifdə kənarda qalır, həmyaşıdlarının aşağılayıcı baxışlarına və psixoloji travmaya məruz qoyulur!