Bəzən bir uniforma insanın çiyinlərinə sadəcə rütbə yox, həm də böyük bir soyuqqanlılıq məsuliyyəti qoyur. Cəmiyyət onlardan hər zaman dik, sarsılmaz və emosiyalardan uzaq durmağı gözləyir...
"Amma elə anlar, elə mənzərələr var ki, orada nə rütbənin fərqi qalır, nə də daşıdığın vəzifənin... Sosial şəbəkələrdə paylaşılan bu görüntülərdə asayişin keşiyində duran polis polkovniki Cəfərovun baxışları kameralara tuş gəlib.
"Şəhid övladlarının bəstəboy qamətinə baxarkən, o, daxilində fırtınalar qopan bir yarışı boğmağa çalışır. Göz yaşları iradəsinə tabe olmayıb yanağından süzülür. O, rəsmi protokolu qorumaq üçün ağlamamağa çalışsa da, əslində insanlığın ən ali zirvəsini nümayiş etdirir.
Bu video bizə bir daha sübut edir: İnsan hansı peşənin sahibi olursa-olsun, çiyinlərində hansı ağır rütbəni daşıyırsa-daşısın, əgər içində bir vicdan daşıyırsa, o, hər şeydən əvvəl İNSANDIR. Şəhidin əmanətinə baxıb kövrələn o göz yaşları zəiflik deyil, Vətənə və o qəhrəmanların ruhuna olan ən təmiz, ən səmimi ehtiramdır.
"Uniformanın gizlədə bilmədiyi tək şey — insanın vicdanıdır. Var olun, polkovnik..."