“Azərişıq” ASC-nin təşkilatçılığı ilə keçirilən “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının növbəti regional turu Naxçıvan Muxtar Respublikasının Babək rayonunda möhtəşəm açılışla baş tutub! Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə qatılan 8 fərqli komanda həm nəzəri, həm də çətin praktiki mərhələlərdə öz peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.