Вернуться назад Распечатать

BMT-nin nümayəndə heyəti Bakıda: Baş Prokurorluqda terrorla mübarizə müzakirəsi-VİDEO

Baş prokuror BMT-nin nümayəndələrini qəbul edib

Baş prokuror Kamran Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Terrorçuluğun qarşısının alınması şöbəsinin rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1xeber.media xəbər verir ki, görüşdə terrorçuluq, onun maliyyələşdirilməsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Nümayəndə heyəti IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək üçün Azərbaycana səfər edib.