Вернуться назад Распечатать

Saraylılara ŞAD XƏBƏR: Yeni avtobus marşrutu fəaliyyətə başlayır-VİDEO

Sabahdan Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə yeni 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. 

Bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. 

Bildirilib ki, Saray qəsəbəsini “20 Yanvar” metro stansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək marşrutda gediş haqqı 0.55 AZN müəyyən edilib.