YENİ GÜNƏŞLİDƏ ASFALT RÜSVAYÇILIĞI! Sakinlər ayağa qalxdı...
Suraxanı Rayon İcra Hakimiyyəti 3 gündür Yeni Günəşliyə çəkilən asfaltı bəh-bəhlə tərifləyir. Bəs reallıq necədir? Yolların yalnız kiçik bir qismi düzəldilib, əhalinin ən sıx yaşadığı V massivi və AB massivinin əsas hissəsi isə toz-torpaq içində qalıb! AAYDA-nın tam layihəyə saldığı yollar niyə yarıda saxlanıldı? Ayrılan pullar hara xərclənib?