Вернуться назад Распечатать

Xaçmaz təhsilində "Ələddinin sehrli lampası"-Həmdullayevin qəfil yüksəlişinin arxasındakı nazirlik rəsmisi kimdir?-VİDEO

 Xaçmaz təhsilində "Ələddinin sehrli lampası" işə düşdü! 

Cəmi 30 şagirdi olan kiçik bir kənd məktəbindən, 30 min şagird və 3 mindən çox müəllim heyəti olan nəhəng bir rayonun təhsil sektoruna uzanan nağılsayağı sıçrayış! Mövsüm Həmdullayevin heç bir xüsusi idarəçilik uğuru olmadan regional müdirliyə gətirilməsinin sirri nədir?
İddialara görə, bu təyinatın arxasında bir nazirliyin şöbə müdiri olan yüksək vəzifəli qohum dayanır...