Вернуться назад Распечатать

BŞTİ-nin bank hesablarına MƏHKƏMƏ QƏRARI ilə həbs qoyuldu!Təhsildə görünməmiş maliyyə skandalı-ÖZƏL GÖRÜNTÜLƏR

BŞTİ nin maliyyə hesablarına HƏBS qoyuldu. (MƏHKƏMƏ QƏRARI) Nərminə Hüseynova dövlətə qarşı - kütləvi sosial narazılıq  MEHRİBAN XANIMA MÜRACİƏT

İslahatları populist bəyanatlardan, gurultulu çıxışlardan uzağa getməyən təhsil sistemimizin hansı durumda olduğunu kimsəyə uzun-uzadı izah etməyə ehtiyac görmürük. Xüsusilə, BŞTİ də hər şey göz qabağında məhv olub gedir. Hər kəs susur. İşə götürmək  xatirinə böyük iqtisadçı şəbəkəsinin  bu sahəyə cəlb edilməsi çox acınacaqlı durumun yaranmasına səbəb olub. Necə deyərlər, görünən dağa bələdçi? Artıq bu sahədə durğunluq, ANARXİYA elə həddə çatıb ki, BŞTİ və məktəblər haqqında məlumatlara  daha çox məhkəmələrdə, kriminal xəbərlərdə rast gəlmək mümkündür. “Vassalımın vassalı mənim vassalım deyil” və yaxud işdə məhəbbət macərası prinsipi ilə idarə olunan təhsil sistemi əslində idarəolunmaz vəziyyətə gətirilib. Yalnız şəxsi maraqlar, yaxud da kiminsə vaxtilə sevgilisi olması səbəbindən ( bu məhəbbət məcaraları davam edir) yüksək posta gətirilən səriştəsiz kadrlar təhsilimizin vayına oturublar. 
Bəli, belələri hər gün bir yeni qalmaqalla gündəmi zəbt edirlər. Nərminə Hüseynovanın idarəçilikdə yol verdiyi nöqsanların, səriştəsizliyin nəticəsi olaraq BŞTİ-nin maliyyə hesabatlarına məhkəmə qərarı ilə həbs qoyulması barədə məlumat ciddi suallar doğurur. Ən vacib sual isə budur ki, 700-dən çox təhsil müəssisəsinin və minlərlə təhsil işçisinin əməkhaqqısı necə ödəniləcək? Nərminə Hüseynova hər kəsdən çox sevdiyi Nazirinə arxanalaraq dövlət büdcəsini niyə talayır, Nazir bu cinayyətlərə hansı səbəbdən göz yumur? Dövlətin strateji sahələrindən birinə rəhbərlik edən şəxsin qərarları belə nəticələr doğurursa, bu vəzifə kimə və hansı meyarlarla, hansı məqsədlə həvalə olunub? Dövlət idarəçiliyində səriştəsizliyin bədəlini müəllim və təhsil işçisi ödəməməlidir. Vəzifə məsuliyyət, məsuliyyətsiz idarəçilik isə cavab tələb edir. Dövlət idarəçiliyində buraxılan səhvin yükünü minlərlə təhsil işçisi daşımalı olacaqsa, məsul şəxslərin fəaliyyəti dərhal hüquqi araşdırmaya cəlb edilməli, cinayət işi başlanması üçün bu proses gecikdirilməməlidir!..Adıçəkilən qurumda qanunsuzluqlara «yox» deməyin, məsuliyyətsizliyə hüquqi qiymət verməyin və  xüsusilə hörmətli maliyyə nazirimiz Sahil Babayevin dövlət vəsaitinə münasibətdə qanunun aliliyini təmin etməsinin vaxtıdır!

ARDI VAR
NİCAT MAHMUDOV