Вернуться назад Распечатать

Bakı və Düşənbə arasında strateji tərəfdaşlıq: Perspektivlər müzakirə olunub-VİDEO

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib. Görüşdə iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, nəqliyyat-logistika, xüsusilə Tacikistan yüklərinin Orta Dəhliz vasitəsilə daşınması, metallurgiya, energetika, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda Tacikistan tərəfi Azərbaycanın “ASAN xidmət” modelinin tətbiqinə böyük maraq göstərdiyini bəyan edib