Yasamalda sakinlərlə sahibkar arasında otel qalmaqalı böyüyür!
Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi 5 ünvanında yaşayan vətəndaşlar ayağa qalxıb. İddialara görə, ərazidəki çoxillik ağaclar məhv edilərək yerində qanunsuz otel tikilir. Ekologiya Nazirliyi cərimə yazsa da, pullu sahibkar layihəsindən geri çəkilmir. Rayon İcra Hakimiyyəti və Şəhərsalma Komitəsi isə hələ də susur!