Вернуться назад Распечатать

Əliyev ölkənin güclü maliyyə imkanlarından danışdı: "Xarici borcu bir gündə sıfırlamaq olar"-VİDEO

Bakıda dövlət başçısının himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu tarixi bəyanatla yadda qalıb. Azərbaycanın güclü maliyyə imkanlarından danışan Prezident İlham Əliyev ölkənin xarici borcunun çox aşağı səviyyədə olduğunu və onu istənilən an tamamilə sıfırlamaq iqtidarında olduqlarını vurğulayıb.