Вернуться назад Распечатать

Sükan arxasında bir anlıq diqqətsizlik faciəyə səbəb ola bilər! – Elşad Hacıyev xəbərdarlıq etdi-VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev öz rəsmi Facebook səhifəsində yük avtomobillərinin sürücülərinə yol hərəkəti təhlükəsizliyi ilə bağlı mühüm çağırış edib. Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) xəbərdarlığını paylaşan DİN rəsmisi, son vaxtlar iritonnajlı maşınların iştirakı ilə baş verən ağır qəzaları nəzərə alaraq sürücüləri maksimum diqqətli olmağa səsləyib.