Вернуться назад Распечатать

Cəlilabadda təhsil qalmaqalı: "Get, nə bilirsən, et" deyən direktor kimdir?-VİDEO

Cəlilabad rayonu, Xanəgah kənd tam orta məktəbində dərs saatlarının tam keçirilməməsi və təhsilin keyfiyyəti ilə bağlı ciddi qalmaqal yaranıb. Kənd sakini Cəbrail Süleymanov məktəbdə dərslərin nəzərdə tutulan vaxtdan tez bitirildiyini və uşaqların təhsil hüququnun pozulduğunu iddia edir. Valideynin sözlərinə görə, məsələ ilə bağlı müraciət etdiyi məktəb direktoru Xəqani Əliyev ona "get, nə bilirsən, edə bilərsən" deyərək etinasız cavab verib. Respublika fənn müsabiqəsinin qızıl medalçısının atasının etirazı və məktəbdəki mövcud vəziyyətlə bağlı hazırladığımız xüsusi video süjetdə!