Вернуться назад Распечатать

Badamdarda gecə yarısı özbaşınalıq! Səbail İcra Hakimiyyəti hara baxır?-VİDEO

 Səbail rayonu, Badamdar qəsəbəsində gecə saatlarında aparılan söküntü-tikinti işləri yerli sakinlərin kəskin etirazına səbəb olub. Tofiq Məmmədov küçəsi 1 ünvanında yaşayan vətəndaşlar artıq 3 gündür gecə yarısı başlayan ağır texnikanın səs-küydən narazıdırlar. Şirkət rəsmilərinin "hara istəyirsiniz, şikayət edin" cavabından sonra sakinlər Səbail Rayon İcra Hakimiyyətinə rəsmi şikayət hazırlayıblar. Ərazidəki tikintinin qanunsuz olduğunu iddia edən sakinlərin harayı və İcra Hakimiyyətinin məsələyə verəcəyi reaksiya barədə hazırladığımız xüsusi video süjetdə!