Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Anım Günündə Avaran kəndində şəhid məzarlarını ziyarət edərkən yerli sakinlərin şikayətlərini dinləyib. Bu zaman kənd icra nümayəndəsi Sabir Fərzəliyev sakinin sözünü kəsərək müdaxilə etməyə çalışıb. İcra başçısının kənd nümayəndəsinə verdiyi "Camaatın ağzını yummağa çalışmayın!" formalı kəskin cavabı isə mətbuatda böyük rezonans doğurub