Вернуться назад Распечатать

Bakıda kiosklarda 10 manata satılan “DECO” siqarillaları orijinaldırmı?-VİDEO

Bakıda kiosklarda 10 azn satılan “DECO Style” siqareti ilə bağlı suallar: qablaşdırmadakı məlumatlar nəyi göstərir?

Azərbaycanda satışa çıxarılan “DECO Style Wine Grape Aroma” adlı tütün məhsulunun mənşəyi və qablaşdırılması ilə bağlı bəzi məqamlar diqqətimizdən yayınmadı.

1xeber.media-nın əldə etdiyi görüntülərdə qutunun üzərində istehsalçı kimi Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Al Matuco Tobacco Co. FZE”, Azərbaycandakı idxalçı kimi isə “ESTM SMOK” MMC qeyd olunub. Qablaşdırmada 6294019504107 barkodu, alt hissədə kod və “02.2026” yazısı da görünür. Həmin tarixin nəyi ifadə etdiyi qutunun təqdim olunan hissələrində izah edilmir.

“Al Matuco”nun rəsmi kataloqunda “DECO Style Nano Wine Grape” adlı məhsul var. Kataloqda bu variant 20 ədədlik “nano tin” qablaşdırma kimi göstərilir. Redaksiyanın tanış olduğu qutunun ön hissəsində isə “King Size” yazılıb. Bunun Azərbaycan bazarı üçün nəzərdə tutulmuş ayrıca məhsul və ya qablaşdırma variantı olub-olmadığı istehsalçının təsdiqini tələb edir.

Qutudakı istehsalçı və idxalçı adları, eləcə də barkod konkret məhsulun orijinallığını təkbaşına təsdiqləmir. İndiyədək əldə edilən görüntülərdə aksiz markası görünmədiyindən onun mövcudluğu və etibarlılığı barədə də nəticə çıxarmaq mümkün deyil.

Məsələ ilə bağlı “ESTM SMOK” MMC-nin məhsulun idxalını və Azərbaycan bazarı üçün qablaşdırma variantını təsdiqləyən məlumatı, “Al Matuco”nun isə fotolardakı qutunun öz istehsalına aid olub-olmadığına dair mövqeyin işıqlandırmağa hazırıq. 

Eyni zamanda məhsulun aksiz markası və dövriyyəsi barədə rəsmi yoxlama da bu suallara aydınlıq gətirməlidir.

“DECO Style” siqarillası ilə bağlı kiçik  araşdırma apardıq

1xeber.media-nın əldə etdiyi “DECO Style Wine Grape Aroma” qutusunda istehsalçı kimi “Al Matuco Tobacco Co. FZE”, Azərbaycandakı idxalçı kimi isə “ESTM SMOK” MMC göstərilib.

Redaksiya məhsulun qablaşdırılması və markalanması ilə bağlı idxalçının mövqeyini öyrənmək üçün açıq əlaqə məlumatlarını axtarsa da, təsdiqlənmiş nömrə tapa bilməyib. Təqdim olunan fotolarda aksiz markası da görünmür. Bu görüntülər əsasında məhsulun orijinallığı barədə qəti nəticə çıxarmaq mümkün deyil.

Qutudakı kodun IVPS Tour tətbiqində nəticə verməməsi də saxtalığa dair şübhələri artırır. 

Məsələ ilə bağlı istehsalçı və idxalçının mövqeyin işıqlandırmağa hazırıq!