Вернуться назад Распечатать

Bakıda satılan “DECO Style” siqarillalarının idxalçısı yayılan məlumatları təkzib etdi-VİDEO

 “DECO Style” siqarillasının idxalçısı sənədlər təqdim etdi

Bakıda satılan “DECO Style” siqarillaları ilə bağlı 1xeber.media-da dərc olunan materialdan sonra qutuda idxalçı kimi göstərilən “ESTM SMOK” MMC-nin nümayəndəsi Tural Hacızadə redaksiya ilə əlaqə saxlayıb. Və yayılan məlumatları təkzib edib.

Şirkət nümayəndəsi tütün məmulatlarının idxalı üzrə reyestr çıxarışını, “Deco Style” siqarillalarına verilmiş gigiyenik sertifikatı, mənşə sertifikatını və gömrük bəyannaməsini 1xeber.media-ya təqdim edib. 
Qeyd edək ki, gömrük bəyannaməsində idxal edilən məhsullar arasında “DECO STYLE KS WINE GRAPE” də qeyd olunur.

Şirkət nümayəndəsi məhsullar üçün aksiz markalarının da alındığını bildirib.