Вернуться назад Распечатать

Yasamalda səkiləri satıb obyektə çevirirlər-VİDEO

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 136 ünvanında yerləşən ikibloklu yaşayış binasının sakinləri açıq-aşkar özbaşına tikinti faktı ilə üz-üzə qalıblar. Binanın birinci blokunun birinci mərtəbəsində şəhərsalma normaları və qanunvericiliyin tələbləri kənara qoyularaq irimiqyaslı qanunsuz artırma işləri başa çatdırılıb.

​Ərazidən çəkilən görüntülər də təsdiq edir ki, tikinti zamanı binanın ümumi memarlıq görünüşünə və konstruksiyasına ciddi müdaxilə olunub. Ən diqqətçəkən məqam isə obyektin birbaşa piyada səkisini zəbt etməsidir. Bu hal ərazidən keçən sakinlərin, məktəblilərin və yaşlıların təhlükəsiz hərəkətini məhdudlaşdırır.