Вернуться назад Распечатать

Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib-VİDEO

“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumu çərçivəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri Əhməd İsmayılov ilə bir sıra nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib.

Türkiyənin Radio və Televiziya Ali Şurasının prezidenti Mehmet Daniş, Pakistan İslam Respublikasının federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Wajiha Qamar, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, səfir Kayrat Sarıbay və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov ilə keçirilən görüşlər zamanı  müasir informasiya mühitində sürətlə dəyişən kommunikasiya tendensiyalarının media institutları arasında daha sıx əməkdaşlığı və davamlı təcrübə mübadiləsini zəruri etdiyi vurğulanıb.