Prezident İlham Əliyev beynəlxalq arenadakı ikili standartlara qarşı Bakının sarsılmaz prinsipini açıqladı: "Siyasətimizi ləyaqətlə aparırıq!"
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında proqram xarakterli geniş nitq söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki unikal və dürüst mövqeyini diqqətə çatdırıb. Xarici tərəfdaşlar tərəfindən ölkəmizə qarşı dəfələrlə qeyri-səmimi yanaşmaların nümayiş etdirildiyini vurğulayan dövlət başçısı, rəsmi Bakının heç vaxt ikiyüzlülük və riyakarlıq yolunu seçmədiyini qətiyyətlə bildirib