Вернуться назад Распечатать

Prezident tapşırıq verdi: Maaş, pensiya və müavinətlərdə növbəti artım dalğası-VİDEO

Prezident İlham Əliyevdən milyonlarla vətəndaşa böyük müjdə: Gələn il minimum əməkhaqqı, pensiya və müavinətlər artırılır!
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında proqram xarakterli geniş nitq söyləyən dövlət başçısı İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çox mühüm tapşırıq verdiyini elan edib. Azərbaycan xalqının rifahının ildən-ilə yaxşılaşdırılmasının dövlət siyasətinin ana xətti olduğunu vurğulayan Prezident, növbəti ildən həyata keçiriləcək sosial artımların anonsunu təqdim edib