Вернуться назад Распечатать

Hərənin arxasında böyük bir "dayı" var, amma biz təkbaşına vuruşduq— Prezident nöqtəni qoydu-VİDEO

Prezident İlham Əliyev beynəlxalq güclərin riyakar mövqeyini ifşa etdi: "Misli görünməmiş Qələbəni təkbaşına qazanmışıq!"
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında proqram xarakterli tarixi nitq söyləyən dövlət başçısı İlham Əliyev, Vətən müharibəsində və sonrakı mərhələlərdə xarici güclərin Azərbaycana qarşı apardığı gizli cəbhələri açıqlayıb. Müxtəlif ölkələrin arxasında "böyük dayıların" dayandığını, lakin Bakının qlobal təzyiqlərə və keçmiş Minsk qrupu həmsədrlərinin maneələrinə baxmayaraq təkbaşına zəfər çaldığını vurğulayan Prezident, xarici siyasət strategiyasının dəyişməz əsaslarını bəyan edib.