Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin pilotları Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və bələdçi Əliyeva Hökumə Cəlil qızı Milli Qəhrəman adına layiq görülüblər.
H.Əliyeva Azərbaycanda Milli Qəhrəman adına layiq görülən üçüncü qadındır.