YASAMALDA FƏHLƏ DAŞ HÖRÜR, İCRA BAŞÇISI "ARTIRMA YOXDUR" DEYİR!Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 136 ünvanında piyada səkisi göz görə-görə zəbt edilir. Jurnalist Jalə Əsədovanın rəsmi sorğusuna bir ay cavab verməyən başçı Elşad Həsənovun idarəsi, yazı çıxandan sonra rəsmi sənəd yox, sosial şəbəkədə rəy yazmaqla işini bitmiş hesab etdi!