Rəsmi məktub yalan çıxdı: Yasamalda "dayandırılan" tikinti tam başa çatdırıldı!-VİDEO
Yasamal İcra Hakimiyyətinin kağız üzərindəki qadağası və Dadaş Bünyadzadə 5-də ucalan qanunsuzluq!
Göz görəsi yalan, yoxsa idarəetmədə acizlik? Cari ilin 1 sentyabr tarixində mediada Yasamal rayonunda ağacların məhvi hesabına ucaldılan qanunsuz tikili barədə geniş video-hesabat yayımlandı.Bir ay sonra Yasamal Rayon İcra Hakimiyyətindən gələn rəsmi məktubda tikintinin rəsmi olaraq "dayandırıldığı" iddia edilsə də, yeni görüntülər tamamilə fərqli və acınacaqlı reallığı ortaya çıxardı!
İcra hakimiyyətinin "dayandırdıq" dediyi qanunsuz obyektin tikintisi nəinki dayandırılıb, əksinə, artıq tam başa çatdırılıb!