Kommersiya maraqları insan həyatından daha ucumudur? Masazır qəsəbəsi, "Qurtuluş 93" yaşayış kompleksinin 60-cı binasında yaşayan sakinlər Bizimesr.info-ya müraciət edərək həyəcan təbili çalıblar. Sakinlərin iddiasına görə, kompleks satışa çıxarılarkən ehtiyat çıxışı kimi nəzərdə tutulan zirzəmi sahəsinin bütün qapıları qanunsuz olaraq bağlanıb və ərazi sürətlə obyektə çevrilir