Вернуться назад Распечатать

Türkmənbaşıda ali qarşılama: İlham Əliyevin işgüzar səfərindən ilk təfərrüatlar-VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gəlib.

1xeber.media-nın verdiyi xəbərə görə, Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.