Вернуться назад Распечатать

Xəzər Tibb Mərkəzində növbə böhranı: Sistem işləmir, həkim müayinəsi dayanıb-VİDEO

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Xəzər Tibb Mərkəzində qeydiyyat sisteminin işləməməsi vətəndaşların narazılığına səbəb olub.

Sistem işləmədiyi üçün vətəndaşlar tələb olunan ödənişi edə bilmirlər. Ödəniş edilmədikdə də həkim müayinəsindən keçmək mümkün deyil.

Yaranan problem səbəbindən tibb mərkəzində xeyli sayda vətəndaşın gözlədiyi bildirilir.