Türkmənbaşıda mühüm görüş: Bakı ilə Aşqabad arasında strateji dialoq dərinləşir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla təkbətək görüşü baş tutub. Səmimi atmosferdə keçən söhbət zamanı iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, xüsusilə Türkmənistan rəsmi şəxslərinin Qarabağa tarixi ziyarətləri məmnunluqla xatırlanıb. Ötən ildən bu yana reallaşan 5 yüksəksəviyyəli səfərin əlaqələrin dinamikasına verdiyi töhfələrin vurğulandığı görüşdə, Xəzər dənizi mövzusu və irimiqyaslı logistik layihələr ətrafında aparılan müzakirələrin bütün təfərrüatları süjetimizdə!