Azərbaycanın su təsərrüfatında böyük yenilənmə dalğası: Ölkənin su damarları sağlamlaşır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyəti fonunda ölkənin su infrastrukturunda keyfiyyətcə yeni bir mərhələ formalaşır. Köhnə və problemli xətlərdəki qəzaların operativ aradan qaldırılmasından regionlarda əkin sahələrinin davamlı suvarılmasına qədər hər bir istiqamətdə ciddi dinamika müşahidə olunur. Əsas məsələ isə bu görülən işlərin sadəcə kağız üzərində, statistika olaraq qalmaması, insanların gündəlik məişətində və fermerlərin tarlalarında öz real əksini tapmasıdır. Su təsərrüfatında dəyişən idarəetmə yanaşmasının və gələcəyə hesablanmış bu böyük islahatın əsas təfərrüatları süjetimizdə!