Bakının Nəsimi rayonunda sakinlərin yeganə istirahət guşəsi kababxanaya çevrilib, aidiyyəti qurumlar isə qanunsuzluğa göz yumur. 4-cü mikrorayon, Mir Cəlal küçəsində yerləşən yaşıl parkın bir hissəsi çəpərlənərək “MADAM KABABÇI” kafesinin istifadəsinə verilib. Sakinlər evlərinə dolan qatı tüstüdən, ağacların elektrik naqilləri ilə təhlükəyə atılmasından və Nəsimi Rayon İcra Hakimiyyətinin susqunluğundan şikayətçidir