Вернуться назад Распечатать

Fərqimiz geyimimizdə deyil, arzularımızdadır! Vahid formanın gizli fəlsəfəsi-VİDEO

 Məktəb maddi yarışların deyil, bərabər imkanların və böyük arzuların ünvanıdır. Vahid məktəbli forması sadəcə bir geyim kodu deyil, şagirdlər arasındakı sosial və maddi sərhədləri silən, onlara eyni böyük ailənin parçası olduqlarını xatırladan ali bir dəyərdir. Müasir təhsildə uşaqların geyimləri və ya ailələrinin maddi imkanları ilə deyil, yalnız və yalnız bilikləri ilə fərqlənməsi sağlam cəmiyyətin təməlidir. Diqqəti kimin nə geyindiyinə yox, nə öyrəndiyinə yönəldən, ortaq təhsil mühitinin vacibliyini aşılayan süjetimizi təqdim edirik!