Xəzər dənizinin nadir ekosisteminin mühafizəsi regional səviyyədə ortaq və qətiyyətli addımlar tələb edir. Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində çıxış edən Prezident İlham Əliyev Xəzərin qorunmasının bütün Xəzəryanı dövlətlərin müştərək vəzifəsi olduğunu bəyan edib. Azərbaycanın demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısı olduğunu vurğulayan dövlət başçısı, 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini xatırladıb. Bakının regional ekoloji diplomatiyada oynadığı aparıcı rol və beştərəfli əməkdaşlıq mexanizminin gələcək perspektivləri süjetimizdə!