Nazirlər Kabinetinin orta məktəblərdə vahid geyim forması ilə bağlı qərarını bəhanə edərək Bakıda təhsil müəssisələrinə qarşı vəhşilik törədənlərin çirkin oyunu iflasa uğradı. Din pərdəsi altında məktəblərin şüşələrini sındıran, azyaşlı uşaqları qanunsuz aksiyalarına alət edərək cəhalət təbliği aparan radikal dini qruplara dövlətdən kəskin cavab gəldi. İctimai asayişi kobud şəkildə pozan və təhsilin normal gedişinə mane olan 37 nəfər dərhal həbs edilib. Təxribatın pərdəarxası, xarici quyruqların çirkin ssenariləri və dövlət orqanlarının qətiyyətli tədbirləri süjetimizdə!