Dünyəvi təhsil sisteminə qarşı çıxmaq bəhanəsi ilə məktəb divarlarına hücum çəkən, qapı-pəncərələri sındıran radikal dini qrupların qanunsuz hərəkətlərinə hüquqi qiymət verildi. Orta məktəbləri xaos poliqonuna çevirmək istəyən və İrandan idxal olunan xurafat ssenarilərini reallaşdırmağa çalışan 37 təxribatçı dərhal saxlanılaraq həbsxanaya göndərilib. Övladlarımızın gələcəyini radikalizmin və çirkin siyasi oyunların qurbanı etmək istəyən casus şəbəkəsinin çökdürülməsi, açılan cinayət işinin təfərrüatları və DİN-in son rəsmi açıqlaması süjetimizdə!