Lənkərandan irimiqyaslı yeniliklər: Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sakinlər qarşısında hesabat verib. “Şəhərsalma və memarlıq ili” çərçivəsində 15 küçə asfaltlanıb, 30-dan çoxunda işlər başlayıb. Müasir üslubda yenidən qurulan parklar, su-kanalizasiya xətlərinin çəkilişi, dövlət-özəl tərəfdaşlığı ilə həll olunan "zibil poliqonu" problemi və rəqəmsal idarəetməyə keçid – Lənkəranın yeni simasının detalları xəbərimizdə.