Вернуться назад Распечатать

Xırdalanda dəhşətli tikinti özbaşınalığı: "Abşeron A1" MTK 10 illik binanın üzərinə əlavə iki mərtəbə artırır!-VİDEO

Xırdalan şəhərində 10 ildən artıqdır istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binasında əlavə tikinti işləri aparılır. 
Yaşayış binasının üzərində daha iki mərtəbənin inşası həyata keçirilir. Sakinlər aparılan tikinti işlərindən narazılıqlarını bildiriblər.
Onların sözlərinə görə, uzun illərdir yaşayış olan binanın üzərində əlavə mərtəbələrin tikilməsi ciddi narahatlıq doğurur.
Qeyd edək ki, sözügedən yaşayış binası Xırdalan şəhərində bir neçə çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmiş “Abşeron A1” MTK-ya məxsusdur./Telegraf/