Paytaxtdan kənarda ucalan 5 ulduz: Mingəçevir Dövlət Universitetinin beynəlxalq qiymətləndirmə uğuru!-VİDEO
Mingəçevir Dövlət Universitetindən dünya miqyaslı tarixi uğur: MDU dörd istiqamətdə maksimum 5 ulduz qazandı!
Regional təhsildə böyük dönüş nöqtəsi! Dünyanın ən nüfuzlu ali təhsil analitika şirkətlərindən biri olan Quacquarelli Symonds tərəfindən həyata keçirilən QS Stars qlobal qiymətləndirmə sistemində Mingəçevir Dövlət Universiteti ilk iştirakındaca ümumi hesabla 4 ulduzluq möhtəşəm nəticəyə imza atıb. Universitet xüsusilə tədris, inklüzivlik, yaxşı idarəetmə və məzunların məşğulluğu üzrə dünya standartlarını üstələyərək maksimum 5 ulduz əldə edib. Paytaxtdan kənarda fəaliyyət göstərən bu ali təhsil ocağının 2030-cu il strateji hədəflərinə yönələn uğurlu islahatlarının təfərrüatları süjetimizdə!