1xeber.media xəbər verir ki, Almaniyada Müsəlman Birliyi Hərəkatının (MBH) fəalları tərəfindən keçirilən aksiya təşkilatçıların əsl siyasi məqsədləri ilə bağlı ciddi suallar və böyük rezonans doğurub.Aksiyadan yayılan görüntülərdə ən diqqətçəkən və etirazla qarşılanan məqam fonda Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və üçrəngli bayrağımızın dalğalandırılması, lakin ön planda İran İslam Respublikasının dövlət bayraqlarının nümayiş etdirilməsi olub. Eyni zamanda etirazçıların əllərində fars dilində şüarların yer aldığı plakatlar da yer alıb