Şəhər Günündə Zəngilandan möhtəşəm rəqəmlər: Oxçuçay üzərində qurulan nəhəng sistem ölkəni işıqlandırır!
İşğaldan azad edildikdən sonra yenidən qurulan Zəngilan, indi Azərbaycanın əsas yaşıl enerji mərkəzlərindən birinə çevrilir. Ölkə başçısının tapşırığı ilə Oxçuçay üzərində kaskad üsulla inşa edilən 4 su elektrik stansiyası artıq tam gücü ilə fəaliyyət göstərir. İndiyədək 215 milyon kilovat-saat təmiz elektrik enerjisi istehsal edən bu nəhəng infrastruktur, həm Qarabağın tələbatını ödəyir, həm də ölkənin ümumi sistemini qidalandırır.