Ramin İsayevin 100 milyonluq mülk imperiyası: XXI əsrin rekord müsadirəsi! “SOCAR-AQŞ”nin xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 14 il həbs cəzası alan keçmiş baş direktoru Ramin İsayevin dövlət nəfinə alınan mülklərinin tam siyahısı məlum olub. Siyahıda 34 ədəd qızıl külçə, milyonlarla dollar nağd vəsait, Bakının 8 rayonunda yerləşən 19 mənzil və lüks obyektlər var. Yaxın günlərdə satışa çıxarılacaq bu nəhəng sərvətin tam təfərrüatı xəbərimizdə.