Вернуться назад Распечатать

Ramiz Mehdiyevin "maliyyə çətiri" və Ayaz Orucovun Türkiyədəki əmlak imperiyası-VİDEO

 Məcburi köçkünlərin milyonları İstanbulda necə “əridildi”? — Ramiz Mehdiyevin "maliyyə çətiri" və Ayaz Orucovun gizli imperiyası
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucovun Türkiyədə qurduğu çoxmilyonluq daşınmaz əmlak şəbəkəsinin şok pərdəarxası üzə çıxıb. Siyasi kuluarlarda dolaşan iddialara görə, “Algima İnşaat” şəbəkəsi sadəcə bir sabiq məmurun varidatı deyil, Ramiz Mehdiyev və “köhnə qvardiya”nın xaricdəki əsas maliyyə qollarından biridir. Hesablama Palatasının mənimsəmə hesabatlarından tutun, Abbas Abbasovun oğlu ilə şübhəli ittifaqlara və Bakıda cəzasız qalan “Gelandewagen” atəşlərinə qədər – dövlət büdcəsinin talanma xronikası süjetimizdə!