Вернуться назад Распечатать

Yasamaldan Yardımlıya: İcra hakimiyyətindəki nöqsanları hüquqşünas Orxan Məmmədov düzəldəcək-VİDEO

Yardımlıda anti-korrupsiya əməliyyatından sonra yeni mərhələ: Prezident rayona 37 yaşlı hüquqşünas rəhbər təyin etdi

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla  Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunub. Sentyabr ayında həyata keçirilən qanunsuz torpaq satışı və rüşvət həbslərindən sonra əvvəlki başçı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsi rayonda ciddi idarəetmə dəyişikliyi zərurəti yaratmışdı. Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini postundan Yardımlının rəhbərliyinə gətirilən iki ali təhsilli gənc hüquqşünasın tərcümeyi-halı, dosyesi və rayondakı son kadr dəyişikliklərinin pərdəarxası süjetimizdə!