FETÖ-dən sonra yeni təhlükə? Nazirlikləri ələ keçirən "Menzil" imperiyası-VİDEO
Türkiyədə nazirlikləri ələ keçirən "Menzil" şəbəkəsi: FETÖ-dən sonra yeni paralel struktur təhlükəsi?
Türkiyə mediası və siyasətində kəskin müzakirələrə səbəb olan "Menzil" cəmaətinin dövlət institutlarına və iqtisadiyyata sızma xəritəsi ifşa olunub. Arxiv materialları və araşdırmalar göstərir ki, 15 İyul dövlət çevrilişinə cəhddən sonra FETÖ-dən boşalan strateji dövlət kadrolarına — xüsusən də Səhiyyə, Daxili İşlər Nazirliyi və Ədliyyə sisteminə sürətlə bu cəmaətə yaxın şəxslər yerləşdirilib. Adıyamandakı kiçik bir kənddən idarə olunan, özünəməxsus televiziya kanalları (Semerkand TV), xəstəxanaları və dərman şirkətləri olan bu milyardlıq imperiyanın qaranlıq tərəfləri eksklüziv video-süjetimizdə!