Вернуться назад Распечатать

Deputat oğlunun adı keçən dava: Məhkəmədən ilk qərarlar-VİDEO

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıblar.

Xətai Rayon Məhkəməsi indilərdə qərar elan edib.

Kütləvi dava ilə bağlı bir neçə nəfər təqsirləndiriləm şəxs qismində cəlb edilib. Onlardan qətli birbaşa törədən MMA idmanı üzrə dünya çempionu Elmar Cəfərov və “Sabunçu Emin”ə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda davada iştirak edən digərləri – deputat Arzuxan Əlizadənin “Yeraz Əhməd” kimi tanınan oğlu Əhməd Əlizadə və digərləri barəsində təqdimatlara baxılır.

Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən kafedə baş verib. Kütləvi davada “Ceyhun Sabunçu” kimi tanınan Ceyhun qətlə yetirilib.

Qətli törədib qaçanlar qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyatçıları tərəfindən saxlanılıblar.